AZ    EN
logo

Kənd təsərrüfatı məhsulu istehsalı haqqında

13.10.2026, 12:00

2026-cı ilin yanvar-sentyabr aylarında kənd təsərrüfatı məhsulu istehsalı 1,1 faiz artıb.

2026-cı ilin yanvar-sentyabr aylarında ölkədə faktiki qiymətlərlə 11 905,3 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib. İstehsalın fiziki həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,1 faiz artıb. Heyvandarlıq məhsullarının istehsalı 1,9 faiz, bitkiçilik məhsullarının istehsalı isə 0,5 faiz çoxalıb. Məhsulun 51,0 faizi bitkiçiliyin, 49,0 faizi heyvandarlığın payına düşür.

Real artım. Yanvar-avqust dövründəki 2,6 faizlik göstərici sentyabr ayının sonuna 1,1 faizə enib. Bitkiçilik sahəsində artım tempi 3,1 faizdən 0,5 faizə, heyvandarlıq sahəsində isə 2,0 faizdən 1,9 faizə düşüb. Əsas natural göstəricilər aşağıdakı qrafikdə və cədvəldə ayrıca verilir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim