2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı xidmətləri haqqında
2026-cı ilin yanvar-sentyabr aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 12816,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 10,0 faiz çox xidmət göstərilib. Xidmətlərin 7652,2 milyon manatı (59,7 faizi) yük daşınması, 3495,5 milyon manatı (27,3 faizi) sərnişin daşınması, 1668,9 milyon manatı (13,0 faizi) isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
Nəqliyyat sektorunda 183,1 milyon ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 3,0 faiz çox yük daşınıb. Yüklərin 63,5 faizi avtomobil, 25,1 faizi boru kəməri, 7,6 faizi dəmir yolu, 3,6 faizi dəniz, 0,2 faizi hava nəqliyyatı ilə daşınıb.
Hesabat dövründə 1771,3 milyon və ya ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz çox sərnişin daşınıb. Sərnişinlərin 90,5 faizi avtomobil nəqliyyatı, 8,8 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.
