Pərakəndə ticarət dövriyyəsi haqqında
2026-cı ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 50,8 milyard manatlıq, o cümlədən 27,5 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 23,3 milyard manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 faiz, qeyri-ərzaq malları üzrə 6,7 faiz artıb.
| Məhsul qruplarının adları | 2026-cı ilin yanvar-sentyabr ayları, milyon manat | 2026-cı ilin yanvar-sentyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən |
|---|---|---|
| Pərakəndə ticarət dövriyyəsi | 50 774,7 | +3,8% |
| o cümlədən: ərzaq məhsulları |
25 347,8 | +1,4% |
| içkilər və tütün məmulatları | 2 129,7 | +1,3% |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 6 793,2 | +4,3% |
| elektrik malları və mebellər | 2 576,0 | +8,7% |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 799,2 | +33,1% |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1 386,4 | +21,5% |
| avtomobil yanacağı | 3 058,2 | +4,0% |
| digər qeyri-ərzaq malları | 8 684,2 | +5,1% |
2026-cı ilin yanvar-sentyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,2 faizi içkilər və tütün məmulatlarının, 13,4 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil yanacağının, 5,1 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,6 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 17,1 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 549,2 manatlıq, o cümlədən 297,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 252,0 manatlıq qeyri-ərzaq malları alıb.
