“Azərbaycan gəncləri” statistik məcmuəsinin növbəti buraxılışı yayımlanıb
Dövlət Statistika Komitəsi “Azərbaycan gəncləri” statistik məcmuəsinin növbəti buraxılışını nəşr edib.
Məcmuədə ölkə gənclərinin demoqrafik göstəriciləri, sağlamlıq vəziyyəti, idman fəaliyyəti, təhsil və elm, məşğulluq və işsizlik, asudə vaxtın təşkili, gənclərdən ibarət ev təsərrüfatları, eləcə də hüquqpozmalarla bağlı statistik məlumatlar təqdim olunub.
Nəşrin məqsədi aidiyyəti qurumları və geniş ictimaiyyəti gənclərlə bağlı statistik məlumatlarla təmin etməkdir.
Məcmuə gənclərin sosial-demoqrafik vəziyyətinin, təhsil və məşğulluq göstəricilərinin, eləcə də həyat şəraitinin təhlili üçün mühüm informasiya mənbəyidir.
“Azərbaycan gəncləri” statistik məcmuəsinin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.stat.gov.az/menu/6/statistical_yearbooks/source/Azerbaycan_gencleri_2026.pdf

