“Azərbaycanın kənd təsərrüfatı” statistik məcmuəsi yayımlanıb.
Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan “Azərbaycanın kənd təsərrüfatı” adlı statistik məcmuə nəşr olunub.
Məcmuədə kənd təsərrüfatının əsas göstəriciləri, ümumi kənd təsərrüfatı məhsulunun həcmi, əkin sahələri, bitkiçilik məhsullarının istehsalı və məhsuldarlığı, heyvandarlığın vəziyyəti, eləcə də əsas heyvandarlıq məhsullarının istehsalı barədə statistik məlumatlar təqdim edilir.
Nəşrdə məlumatlar kənd təsərrüfatı müəssisələri, fərdi sahibkar təsərrüfatları, ailə kəndli və ev təsərrüfatları üzrə, həmçinin ölkənin iqtisadi rayonları və inzibati ərazi vahidləri üzrə əks olunur. Məcmuə kənd təsərrüfatı göstəricilərinin dinamikasını izləmək və sahənin inkişaf meyillərini təhlil etmək üçün mühüm statistik mənbədir.
Məcmuənin elektron versiyası ilə Dövlət Statistika Komitəsinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/agriculture_2026.pdf

