"Azərbaycanın ərzaq balansları” statistik məcmuəsi nəşr olunub
Dövlət Statistika Komitəsi “Azərbaycanın ərzaq balansları” statistik məcmuəsinin növbəti buraxılışını yayımlayıb.
Məcmuədə 2020–2025-ci illər üzrə ərzaq məhsullarının istehsalı, idxalı, ixracı, ehtiyatları və istifadəsi haqqında statistik məlumatlar təqdim olunur.
Nəşrdə bitkiçilik, heyvandarlıq və sənaye emalından keçmiş əsas ərzaq məhsulları üzrə göstəricilərlə yanaşı, ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi, adambaşına istehlak göstəriciləri və MDB ölkələri üzrə müqayisəli məlumatlar da əksini tapıb.
Məcmuə ərzaq məhsulları üzrə mövcud vəziyyətin qiymətləndirilməsi və müvafiq statistik məlumatlardan istifadə baxımından əhəmiyyətli informasiya mənbəyidir.
“Azərbaycanın ərzaq balansları” məcmuəsinin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/food_balances_2026.pdf

