“Azərbaycanda qadınlar və kişilər – 2026” statistik məcmuəsi yayımlanıb
Dövlət Statistika Komitəsi “Azərbaycanda qadınlar və kişilər – 2026” statistik məcmuəsinin növbəti buraxılışını yayımlayıb.
Məcmuədə ölkə əhalisinin demoqrafik göstəriciləri, sağlamlıq vəziyyəti, sosial müdafiə, təhsil və elm, məşğulluq və əməkhaqqı, bədən tərbiyəsi və idman, rəqəmsal texnologiyalardan istifadə, eləcə də digər sahələr üzrə qadın və kişilərə dair statistik məlumatlar təqdim olunur.
Məlumatlar cins bölgüsündə və müxtəlif illər üzrə təqdim edilməklə göstəricilərin müqayisəli təhlilinə imkan yaradır.
Məcmuə dövlət qurumları, tədqiqatçılar, media nümayəndələri və digər istifadəçilər üçün informasiya mənbəyidir.
Məcmuənin elektron versiyası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/WM_2026.pdf

