Pərakəndə ticarət dövriyyəsi haqqında
2026-cı ilin yanvar-oktyabr aylarında pərakəndə ticarət şəbəkəsində istehlakçılara 57523,4 milyon manatlıq, o cümlədən 31058,6 milyon manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26464,8 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2025-ci ilin yanvar-oktyabr ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,5 faiz, qeyri-ərzaq malları üzrə 6,6 faiz artıb.
| Məhsul qruplarının adları | 2026-cı ilin yanvar-oktyabr ayları, milyon manat | 2026-cı ilin yanvar-oktyabr ayları 2025-ci ilin müvafiq dövrünə nisbətən |
|---|---|---|
| Pərakəndə ticarət dövriyyəsi | 57 523,4 | +3,8% |
| o cümlədən: ərzaq məhsulları |
28 677,3 | +1,5% |
| içkilər və tütün məmulatları | 2 381,3 | +1,4% |
| toxuculuq məhsulları, geyim və ayaqqabılar | 8 054,0 | +4,2% |
| elektrik malları və mebellər | 2 871,2 | +8,7% |
| kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları | 970,1 | +32,6% |
| əczaçılıq məhsulları və tibbi ləvazimatlar | 1 560,4 | +21,2% |
| avtomobil yanacağı | 3 462,5 | +3,8% |
| digər qeyri-ərzaq malları | 9 546,6 | +5,0% |
2026-cı ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 49,9 faizi ərzaq məhsullarının, 4,1 faizi içkilər və tütün məmulatlarının, 14,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6,0 faizi avtomobil yanacağının, 5,0 faizi elektrik malları və mebellərin, 2,7 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,7 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.
Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 559,9 manatlıq, o cümlədən 302,3 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 257,6 manatlıq qeyri-ərzaq malları alıb.
