AZ    EN
logo

Əsas kapitala yönəldilmiş investisiyalar haqqında

13.11.2026, 17:00

2026-cı ilin yanvar-oktyabr aylarında əsas kapitala 16.519,8 milyon manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 9,7 faiz çox investisiya yönəldilib. Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi real ifadədə 28,7 faiz artaraq 5.482,1 milyon manat, qeyri-neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 2,3 faiz artaraq 11.037,7 milyon manat olub.

Əsas kapitala yönəldilmiş investisiyaların həcmi məhsul istehsalı sahələri üzrə real ifadədə 20,0 faiz artaraq 9.137,0 milyon manat, xidmət sahələri üzrə real ifadədə 1,3 faiz artaraq 5.000,0 milyon manat, yaşayış evlərinin tikintisinə yönəldilmiş investisiyaların həcmi isə real ifadədə 4,8 faiz azalaraq 2.382,8 milyon manat olub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim