AZ    EN
logo
image

“Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsi yayımlanıb

19.11.2026, 08:56

Dövlət Statistika Komitəsi “Azərbaycanda təhsil, elm və mədəniyyət” statistik məcmuəsinin növbəti buraxılışını yayımlayıb.

Məcmuədə illər üzrə Azərbaycanda təhsil, elm və mədəniyyət sahələrinin vəziyyətini və inkişaf səviyyəsini əks etdirən əsas statistik göstəricilər təqdim olunub.

Nəşrdə təhsil müəssisələrinin fəaliyyəti, təhsilin müxtəlif pillələri, elmi-tədqiqat fəaliyyəti, elmi-texniki işlər, eləcə də mədəniyyət müəssisələrinin fəaliyyəti və bu sahələr üzrə əsas göstəricilər haqqında məlumatlar əks etdirilib.

Məlumatlar ölkədə təhsil, elm və mədəniyyət sahələrinin inkişaf dinamikasını izləməyə və əsas göstəriciləri müxtəlif illər üzrə müqayisəli təhlil etməyə imkan verir.

Məcmuə dövlət qurumları, iqtisadçılar, statistiklər, elmi işçilər və digər istifadəçilər üçün nəzərdə tutulmuşdur.

Ətraflı: https://stat.gov.az/menu/6/statistical_yearbooks/source/education_2026.pdf

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari naxcivan_statistika_komitesi etsim