Azərbycanın biznes statistikası AB nümünəvi biznes statistikasına çatdırılacaqdır.
01.02.2010
2010-cu il yanvar ayının 25-dən 4 gün müddətinə Avropa Birliyinin Dövlət Statistika Komitəsinə dəstək - TWİNNİNG layihəsi çərçivəsində Dövlət Statistika Komitəsində Bolqarıstan, Çexiya və Almaniyadan statistika üzrə mütəxəssislərlə işçi görüş keçirilmişdir. Görüşdə Avropa Birliyinin və Azərbaycanın rəsmi statistika sistemində biznes statistikasının, o cümlədən biznes registrin, struktur statistikasının və qısamüddətli statistikanın mövcud vəziyyəti müqayisə olunmuş, bu sahənin uyğunluq səviyyəsi müzakirə edilmiş və ümumi vəziyyət qiymətləndirilmişdir. 2011-ci ilin sonunadək davam edəcək layihə çərçivəsində ölkənin biznes statistikasının Avropa Birliyinin nümunəvi biznes statistikasına uyğun tam inkişafı başa çatdırılacaqdır.