AZ    EN
logo

Dövlət Statistika Komitəsində ilin yekununa dair geniş kollegiya iclası keçirilmişdir

01.02.2010

2010-cu il yanvar ayının 29-da Dövlət Statistika Komitəsinin inzibati binasında bütün strukturların iştirakı ilə 2009-cu ilin ikinci yarısında Komitənin fəaliyyətinə həsr olunmuş geniş tərkibdə kollegiya iclası keçirilmişdir. İclasda keçən ilin ikinci yarısında görülmüş işlər haqqında Statistik işlərin əlaqələndirməsi şöbəsinin müdiri, kollegiyanın üzvü A. Mansurov çıxış etmişdir. Geniş müzakirədə Sədrin müavinləri - R.Səlimov, S.Ələkbərov, Qiymət statistikasının müdiri N.Quliyeva, Baş Hesablama Mərkəzinin Direktor müavini V.Allahverdiyev və bəzi rayon (şəhər) statistika idarələrinin rəhbərləri çıxış etmişdilər. İclasa yekun vuran Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev 2009-cu ildə görülmüş işlər və növbəti 2010-cu ildə qarşıda duran vəzifələr haqqında geniş məruzə ilə çıxış etmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim