"Azərbaycanda telekommunikasiya və poçt" statistika məcmuəsi nəşr olunmuşdur.
06.07.2010
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən 2010-cu il nəşrlərin buraxılış təqviminə uyğun olaraq "Azərbaycanda telekommunikasiya və poçt" statistika məcmuəsi çapdan çıxmışdır. Burada ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir. Məcmuədə telefon rabitəsi, poçt rabitəsi, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatlarını əhatə edir.