2025-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı 0,2 faiz artmışdır. 2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində investisiya yönəldilmişdir. 2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir. 2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artmışdır. 2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4126,0 milyon ABŞ dolları təşkil etmişdir. 2025-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil etmişdir. 2024-cü ildə ölkədə orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artmışdır. 2024-cü ildə Azərbaycan Respublikasına 2626,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir 2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil etmişdir. 2024-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər olmuşdur. Cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir. 2024-cü ildə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.
2010-cu ilin noyabr ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi
03.12.2010
Noyabr ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 1,8 faiz bahalaşmışdır.
Birillik və ikiillik bitkilərdən buğdanın istehsalçı qiymətləri 8,2 faiz, arpanın 0,4 faiz, lobyanın 0,7 faiz, kələmin 7,2 faiz, xiyarın 17,4 faiz, yerkökünün 1,9 faiz, soğanın 0,3 faiz, göy soğanın 4,2 faiz, kartofun 0,8 faiz, quru otun 3,3 faiz, yoncanın istehsalçı qiymətləri 4,3 faiz bahalaşmış, qarğıdalının qiymətləri 12,3 faiz, pomidorun 0,8 faiz, balqabağın istehsalçı qiymətləri isə 6,3 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən əzgilin istehsalçı qiymətləri 2,3 faiz, limonun 1,6 faiz, naringinin 15,1 faiz, almanın 2,5 faiz, armudun 8,2 faiz, şabalıdın 0,7 faiz, qozun 1,9 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri 1,5 faiz bahalaşmış, üzümün 0,9 faiz, xurmanın 5,2 faiz, narın istehsalçı qiymətləri isə 3,0 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından mal-ətinin (diri çəkidə) istehsalçı qiymətləri 0,2 faiz, inək südünün 0,2 faiz, camış südünün 0,1 faiz, diri qoyun və keçilərin 0,3 faiz, ana qoyunun 1,5 faiz, qoyun südünün 4,4 faiz, qoyun ətinin (diri çəkidə) 5,0 faiz, diri qazların 20,0 faiz, ördəyin qiymətləri 14,2 faiz bahalaşmış, hind toyuğunun qiymətləri 1,5 faiz, quş ətinin (diri çəkidə) 0,3 faiz, qoyun və keçilərin qırxılmış, yuyulmamış yunu 1,6 faiz, yumurtanın istehsalçı qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Ay ərzində balıq və sair balıqçılıq məhsullarının istehsalçı qiymətlərində 1,5 faiz ucuzlaşma müşahidə olunmuşdur.
İstifadə sayğacı
© 2002-2025. Saytın idarə olunması Dövlət Statistika Komitəsinin İnformasiya texnologiyaları şöbəsi tərəfindən həyata keçirilir.