2025-ci ilin yanvar-fevral aylarında ölkədə ümumi daxili məhsul istehsalı 0,2 faiz artmışdır.2025-ci ilin yanvar-fevral aylarında əsas kapitala 2008,9 milyon manat məbləğində investisiya yönəldilmişdir.2025-ci ilin yanvar-fevral aylarında 10,7 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2025-ci ilin yanvar-fevral aylarında pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,8 faiz artmışdır.2025-ci ilin yanvar ayında ölkənin xarici ticarət dövriyyəsi 4126,0 milyon ABŞ dolları təşkil etmişdir.2025-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi əvvəlki ilin müvafiq dövrünə nisbətən 105,4 faiz təşkil etmişdir.2024-cü ildə ölkədə orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 8,1 faiz artmışdır.2024-cü ildə Azərbaycan Respublikasına 2626,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir2024-cü ilin yanvar-noyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı 3090,6 milyon dollar təşkil etmişdir.2024-cü il dekabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1775,3 min nəfər olmuşdur.Cari il yanvar ayının 1-i vəziyyətinə 941,7 min hektar sahədə dən və yaşıl yem üçün payızlıq bitkilər səpilmişdir.2024-cü ildə 64,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.
2011-ci ilin yanvar ayında kənd təsərrüfatında istehsalçı qiymətlərinin dəyişməsi
09.02.2011
Yanvar ayında bitkiçilik və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,2 faiz bahalaşmışdır.
Birillik və ikiillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 4,7 faiz, arpanın 0,2 faiz, noxudun 0,2 faiz, kartofun 1,7 faiz, yem bitkilərinin 1,7 faiz, baş soğanın qiymətləri 0,7 faiz bahalaşmış, buğdanın 0,3 faiz, kələmin 0,1 faiz, keşnişin 0,5 faiz, cəfərinin 0,4 faiz, pomidorun 0,2 faiz, qırmızı turpun qiymətləri isə 0,5 faiz ucuzlaşmışdır.
Çoxillik bitkilərdən xurmanın istehsalçı qiymətləri 0,9 faiz, narın 23,2 faiz, almanın 22,7 faiz, armudun 0,6 faiz, heyvanın 0,5 faiz, şabalıdın 5,7 faiz, fındığın 8,8 faiz, qozun istehsalçı qiymətləri 0,2 faiz bahalaşmış, limonun 0,6 faiz, ağac və kol tinglərinin istehsalçı qiymətləri isə 0,3 faiz ucuzlaşmışdır.
Diri heyvanlar və heyvandarlıq məhsullarından iri-buynuzlu mal-qaranın istehsalçı qiymətləri 0,3 faiz, mal ətinin (diri çəkidə) 9,0 faiz, inək südünün 0,7 faiz, camış südünün 0,9 faiz, ana qoyunun 1,2 faiz, qoyun ətinin (diri çəkidə) 0,3 faiz, keçinin 3,3 faiz, donuz ətinin (diri çəkidə) 25,5 faiz, diri qazların 28,9 faiz, yumurtanın qiymətləri 1,4 faiz bahalaşmış, qoyun və keçilərin qırxılmış və yuyulmamış yununun qiyməti isə 0,1 faiz ucuzlaşmışdır.