"Əmək statistikasının təşkili və 2010-cu ilin yekunları üzrə ölkədə əmək bazarının vəziyyəti" mövzusunda seminar
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi "Əmək statistikasının təşkili və 2010-cu ilin yekunları üzrə ölkədə əmək bazarının vəziyyəti" mövzusunda cari il aprel ayının 25-də, saat 11.00-da Dövlət Statistika Komitəsinin inzibati binasının iclas zalında (I mərtəbə) seminar keçirəcəkdir. Rəsmi statistik məlumatların istifadəçiləri və KİV nümayəndələri seminarda iştirak etmək üçün dəvət olunur.