AZ    EN
logo
image

“Azərbaycanda tikinti” statistik məcmuəsi nəşr olunmuşdur

31.07.2014

“Azərbaycanda tikinti” illik statistik məcmuəsinə 2003-2013-cü illərdə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafını xarakterizə edən göstəricilər daxil edilmişdir.
Məcmuədə ölkədə istifadəyə verilmiş mühüm əhəmiyyətli yeni müəssisələr və obyektlər, inşaat işlərinə yönəldilmiş ümumi investisiyanın, xarici və daxili mənbələrdən yönəldilmiş vəsaitlərin, neft və qeyri-neft sektoruna yönəldilmiş investisiyalar və artım sürəti, xarici ölkələr üzrə əsas kapitala yönəldilmiş investisiyalar, kiçik sahibkarlar tərəfindən əsas kapitala yönəldilmiş investisiyaların həcmi, iqtisadiyyatın aparıcı sahələrinin inkişafına yönəldilmiş investisiyaların həcmi, daxili və xarici investisiyaların iqtisadiyyatın sahələri üzrə və mülkiyyət növləri üzrə bölgüsü, habelə ölkədə istifadəyə verilmiş yaşayış evləri, ümumtəhsil məktəbləri, xəstəxanalar, ambulatoriya - poliklinika müəssisələri, məktəbəqədər uşaq müəssisələri, klublar və digər sosial-mədəni tikililər haqqında məlumatlar öz əksini tapmışdır.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Tikinti" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda tikinti, 2014 " (1.24 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim