AZ    EN
logo
image

“Azərbaycanın kənd təsərrüfatı” statistik məcmuəsi nəşr olunmuşdur

31.07.2014

Statistik məcmuə əhali və ərazi, suvarılan torpaqlar, ümumi daxili məhsulun və kapital qoyuluşlarının iqtisadiyyat sahələri üzrə bölgüsü, kənd təsərrüfatının ümumi məhsulu, əsas kənd təsərrüfatı bitkilərinin əkin sahəsi, məhsul istehsalı və məhsuldarlığı, mal-qara və quşların sayı, əsas növ heyvandarlıq məhsullarının istehsalı və s. barədə məlumatları əhatə edir. Ölkə üzrə yekun məlumatlar iki əsas təsərrüfat kateqoriyası – kənd təsərrüfatı müəssisələri və sair təşkilatlar, habelə fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatları üzrə verilmişdir. Bundan başqa, məcmuəyə MDB ölkələri üzrə bəzi məlumatlar da daxil edilmişdir.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Kənd, meşə və balıqçılıq təsərrüfatı" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanın kənd təsərrüfatı, 2014" (9.26 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim