AZ    EN
logo

Dövlət Statistika Komitəsində Dünya Bankının nümayəndələri ilə görüş keçirilib

15.04.2015

Cari ilin aprel ayının 14-də Dövlət Statistika Komitəsi sədrinin müavini Yusif Yusifov, Aparatın Məlumatların yayılması şöbəsinin müdiri Rafael Suleymanov, Əhalinin həyat səviyyəsi və təsərrüfatlarının tədqiqatı statistikası şöbəsinin müdiri Yaşar Paşa Dünya Bankının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşmüşlər. Görüşdə Dünya Bankının Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə layihə heyətinin tapşırıq qrupunun rəhbəri xanım Nista Sinha, iqtisadçı cənab Moritz Meyer, iqtisadçı cənab Nadir Ramazanov, missiya üzrə assistent xanım Lalə Dadaşova iştirak etmişlər.
Dövlət Statistika Komitəsi sədrinin müavini cənab Yusif Yusifov qonaqları salamlamış və Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasındakı qarşılıqlı əməkdaşlığı müsbət qiymətləndirdiyini bildirmişdir. Öz növbəsində, xanım Nista Sinha bu iki təşkilat arasında münasibətlərin uğurlu inkişafından məmnun olduğunu söyləmişdir.
Görüşün əsas məqsədi milli və beynəlxalq məlumatlar arasında fərqlərin təhlili ilə bağlı tədqiqata dair Dövlət Statistika Komitəsi ilə müzakirələrin aparılması, Dünya Bankının metodologiyasını tətbiq edərək yoxsulluqla bağlı beynəlxalq göstəricilərə uyğun olaraq qiymətləndirilməsi həyata keçirilən Proqrammatik Yoxsulluğun Qiymətləndirilməsi üzrə metodologiyanın müzakirəsi olmuşdur. Görüşdə milli və beynəlxalq məlumatlar arasında fərqlərin aradan qaldırılması və bu problemin həll olunması üçün müvafiq işçi qrupunun yaradılması ilə bağlı təkliflər irəli sürülmüş, bu sahədə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.
Sonda Dünya Bankının nümayəndəsi xanım Nista Sinha səmimi qəbula görə minnətdarlığını, Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə əmin olduğunu bildirmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim