AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.

2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin fəaliyyəti haqqında

26.01.2023, 12:00

2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2021-ci illə müqayisədə 1,5 dəfə artaraq 2647,1 min olmuşdur. Gecələmələrin 55,1 faizi Bakıda, 6,5 faizi Qəbələdə, 5,8 faizi Qubada, 4,9 faizi Xaçmazda, 4,1 faizi Qusarda, 3,8 faizi Şabranda, 3,6 faizi Lənkəranda, 3,2 faizi Naftalanda, 2,3 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi İsmayıllıda, 1,0 faizi Şamaxıda, 0,8 faizi Qaxda, 0,8 faizi Gəncədə,  0,7 faizi Şuşada, 0,7 faizi Masallıda və 5,6 faizi digər şəhər və rayonlardakı mehmanxanalarda (hotellərdə) və mehmanxana tipli obyektlərdə qeydə alınmışdır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı 2021-ci illə müqayisədə 3,4 dəfə artaraq 1394,1 min olmuşdur ki, bu da ümumi gecələmələrin 52,7 faizini təşkil edir. Gecələmələrin 16,5 faizi Səudiyyə Ərəbistanı, 12,6 faizi Rusiya Federasiyası, 10,5 faizi Birləşmiş Ərəb Əmirlikləri, 8,6 faizi Türkiyə, 5,2 faizi Hindistan, 3,9 faizi Küveyt, 3,9 faizi İsrail,   3,4 faizi ABŞ, 3,0 faizi Böyük Britaniya, 2,5 faizi Pakistan, 1,7 faizi Qazaxıstan, 1,5 faizi Almaniya, 1,3 faizi Özbəkistan, 1,3 faizi Qətər, 1,2 faizi Gürcüstan,1,1 faizi İtaliya, 0,9 faizi İran, 0,8 faizi Oman, 0,7 faizi Çin, 0,6 faizi Ukrayna, 0,6 faizi Niderland, 18,2 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşmüşdür.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin 79,6 faizi Bakıda,  7,2 faizi Qəbələdə, 4,0 faizi Qubada, 3,4 faizi Qusarda, 2,6 faizi Naftalanda, 0,7 faizi Şabranda, 0,6 faizi Naxçıvan Muxtar Respublikasında, 1,9 faizi isə digər şəhər və rayonlardakı mehmanxanalarda qeydə alınmışdır.

Azərbaycan Respublikası vətəndaşlarının keçirdiyi gecələmələrin sayı 1253,0 min olmuşdur ki, bu da ümumi gecələmələrin 47,3 faizini təşkil edir.

2022-ci ildə  mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci illə  müqayisədə 1,7 dəfə artaraq 355,3 milyon manat olmuşdur ki, onun da 59,6 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 28,4 faizi ictimai iaşə xidmətlərindən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

2022-ci ildə  mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin birdəfəlik tutumundan istifadə 15,7 faiz səviyyəsində olmuşdur (2021-ci ildə  11,1 faiz). Bu göstərici Şabranda 80,1 faiz, Naftalanda 37,6 faiz, Qubada 27,8 faiz, Beyləqanda 26,2 faiz, Lənkəranda 24,1 faiz, Bakıda 23,8 faiz, Ağcabədidə 20,0 faiz, Qəbələdə 19,7 faiz, Şuşada 16,7 faiz, Sabirabadda 16,2 faiz, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olmuşdur.

Əlaqə telefonu: 377 10 70 (22-22) 

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim