AZ    EN
logo

"2009-cu il əhalinin siyahıyaalınmasının nəticələri əsasında siyahıyaalmalararası dövrdə əhalinin sayı və tərkibi haqqında məlumatların yenidən hesablanması metodları" mövzusunda keçirilmiş seminar haqqında

21.10.2011

2011-ci il oktyabr ayının 20-də Dövlət Statistika Komitəsində Demoqrafiya və sosial statistika şöbəsinin təşkilatçılığı ilə "2009-cu il əhalinin siyahıyaalınmasının nəticələri əsasında siyahıyaalmalararası dövrdə (2000-2008-ci illərdə) əhalinin sayı və tərkibi haqqında məlumatların yenidən hesablanması metodları" mövzusunda seminar keçirilmişdir. Seminarda İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi, Gənclər və İdman və Mədəniyyət və Turizm Nazirliklərinin, Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzinin Demoqrafiya statistikası məlumatları şöbəsinin, Statistik Məlumatların Elmi-Tədqiqat və Layihə-Texnoloji Mərkəzinin, Bakı şəhər Statistika İdarəsinin Demoqrafiya və sosial statistika sektorunun, BMT-nin Əhali Fondunun Azərbaycandakı Nümayəndəliyinin və "Azərbaycan" qəzetinin əməkdaşlarının iştirakı ilə cəmi 19 nəfər istifadəçi iştirak etmişdir. Seminarda istifadəçilərə siyahıyaalmalarası dövrdə əhalinin sayı və tərkibinə dair cari məlumatların yenidən hesablanmasının metodları barədə geniş izahlar verilmişdir. Seminarın yekununda sözügedən mövzu ilə əlaqədar geniş müzakirələr və fikir mübadiləsi aparılaraq iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim