AZ    EN
logo

Moskva şəhərində təşkil olunmuş beynəlxalq müqayisələr üzrə təmsilçi investisiya mallarının 2011-ci ilin diaqnostik cədvəllərinin razılaşdırılması üzrə işçi müşavirə haqqında

10.04.2012

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin nümayəndəsi Qiymət statistikası şöbəsinin baş məsləhətçisi Rəşid Vəliyev MDB ölkələrinin statistika xidmətlərinin Rəhbərləri Şurası tərəfindən təsdiq edilmiş MDB regionunda ÜDM-in beynəlxalq müqayisəliliyinin aparılması üzrə iş qrafikinə uyğun olaraq 27-30 mart 2012-ci il tarixində Moskva şəhərində təşkil olunmuş MDB ölkələrinin statistika xidmətlərinin mütəxəssislərinin iştirakı ilə beynəlxalq müqayisələr üzrə təmsilçi investisiya mallarının 2011-ci ilin diaqnostik cədvəllərinin razılaşdırılması üzrə işçi müşavirədə iştirak etmişdir.
Müşavirədə 2011-ci ilin məlumatları əsasında MDB ölkələrində beynəlxalq müqayisələrin aparılması üçün "Maşın və avadanlıqlar" bölməsinə daxil olan "Metal məmulatlar", "Mühərrik, nasos və kompressorlar", "Ümumi təyinatlı digər maşın və avadanlıqlar", "Kənd təsərrüfatı üçün maşın və avadanlıqlar", "Tikinti avadanlıqları", "Ərzaq məhsullarının emalı üçün avadanlıqlar", "Toxuculuq sənayesi üçün avadanlıqlar, digər xüsusi avadanlıqlar", "Ofis avadanlıqları, kompüterlər, televiziya, video və radio siqnalların qəbul edilməsi və ötürülməsi üçün avadanlıqlar, proqram təminatı", "Nəqliyyat vasitələri" və "Elektrik maşınlar, tibb avadanlıqları, digər avadanlıqlar" bölmələri üzrə təmsilçi investisiya malları üzrə diaqnostik cədvəllər, eləcə də ÜDM-in əsas kapitalın məcmu yığımının tərkibində "Tikinti" bölməsinin "Tikinti materialları" üzrə diaqnostik cədvəllər müzakirə edilmişdir.
Diaqnostik cədvəllərin təhlili nəticəsində ayrı-ayrı malların qiymətləri və xarakteristikaları dəqiqləşdirilmiş və eyni zamanda bir sıra malların 2011-ci ilin siyahısından çıxarılması təklifinə baxılmışdır. Müzakirədən sonra təmsilçi investisiya mallarının siyahısından 63 məhsul çıxarılmış və müşavirə iştirakçıları bu dəyişikliklərin 2011-ci ilin siyahısına daxil edilməsinə razılıq vermişlər. Qiymətləndirilmiş təmsilçi malların qeyd olunması zamanı daha reprezentativ malların ulduzlarla işarələnməsinə xüsusi diqqət yetirilməsi müşavirədə iştirak edən mütəxəssislərin nəzərinə çatdırılmışdır. İştirakçılar tərəfindən Rusiya Federal Dövlət Statistika Xidmətinin "KO-İNVEST" MMC ilə birgə hazırladığı tikinti materialları üzrə diaqnostik cədvəllərə baxılmış və müzakirələr zamanı ayrı-ayrı materialların ölçü vahidləri, xarakteristikaları və qiymətləri dəqiqləşdirilmişdir.
Müşavirənin sonunda müzakirə olunmuş mallar üzrə aparılacaq bütün dəqiqləşmələrin 2012-ci ilin aprel ayının sonuna qədər əlaqələndiricilərə göndərilməsi barədə razılıq əldə olunmuşdur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim