AZ    EN
logo
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 yol-nəqliyyat hadisəsi baş vermişdir.2023-cü ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-oktyabr aylarına nisbətən 110,2 faiz təşkil etmişdir.2023-cü il oktyabrın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1719,8 min nəfər olmuşdur.2023-cü ilin yanvar-oktyabr aylarında əsas kapitala 14258,0 milyon manat məbləğində vəsait yönəldilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında 55,6 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin yanvar-oktyabr aylarında ölkədə 100,9 milyard manatlıq ümumi daxili məhsul istehsal olunmuşdur.2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasına dünyanın 184 ölkəsindən 1535,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmişdir.2023-cü ilin yanvar-sentyabr aylarında pərakəndə ticarət dövriyyəsi 3,3 faiz artmışdır.2023-cü ilin yanvar-avqust aylarında ölkənin xarici ticarət dövriyyəsi 29989,2 milyon ABŞ dolları təşkil etmişdir.2023-cü ilin yanvar-avqust aylarında 45,1 milyard manatlıq sənaye məhsulu istehsal edilmişdir.2023-cü ilin əvvəlinə ölkə əhalisinin ümumi sayının 50,2 faizini qadınlar təşkil etmişdir2022-ci ildə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 51420,6 min ton olmuşdur.2022-ci ildə mehmanxana (hotel) və mehmanxana tipli obyektlərdə keçirilmiş gecələmələrin sayı 2647,1 min olmuşdur.
image

Azərbaycan “Rəsmi statistikada keyfiyyət” mövzusunda keçirilmiş Avropa konfransında təmsil olunmuşdur

13.06.2014

2014-cü ilin 2-5 iyun tarixində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi sədrinin müavini Y.Yusifov və Aparatın Keyfiyyətin idarə olunması və informasiya texnologiyaları şöbəsinin müdiri Q.Əliyev Avropa Azad Ticarət Assosiasiyasının (AATA), Avrostatın və Avstriya Statistika İdarəsinin birgə təşkilatçılığı ilə Avstriyanın Vyana şəhərində “Rəsmi statistikada keyfiyyət” mövzusunda keçirilmiş Avropa konfransında iştirak etmişlər.
Tədbirin keçirilməsində əsas məqsəd dünya ölkələrində keyfiyyət siyasəti, keyfiyyətin təminatı, keyfiyyətin qiymətləndirilməsi kriteriyaları, insan resurslarının idarə olunması, inzibati mənbələr, rəsmi statistika, əhali registri və statistika qanunvericiliyi sahəsində əldə olunan son nailiyyətlərin öyrənilməsi, müzakirəsi və Avropa Statistika Sistemində statistik istehsalın həmahəngliyini təmin etmək məqsədilə Avropa konteksti çərçivəsində keyfiyyət təminatının və inzibati mənbələrin ümumi qəbul edilmiş və geniş istifadə olunan metodları üzərinə diqqəti cəlb etmək olmuşdur. Konfransın formatına uyğun olaraq, keyfiyyət sahəsində bu tip tədbirlər hər iki ildən bir keçirilir.
Konfrans çərçivəsində milli statistika sistemlərində keyfiyyət sahəsində baş verən proseslərin və ən yaxşı təcrübələrin, beynəlxalq və Avropa standartlarına uyğun olaraq inzibati məlumatların toplanması, təhlili və yayılmasına dair imkanlar müzakirə olunmuş, statistika təşkilatlarında həyata keçirilən qlobal qiymətləndirmələrin yekunları ilə bağlı tövsiyələrin yerinə yetirilməsinə dair təcrübələr bölüşülmüş, iştirakçılar arasında fikir mübadiləsi aparılmış, ölkə təcrübələrinin təqdimatları həyata keçirilmiş, Avropa Statistikasının Normalar Məcəlləsinin keyfiyyətin təminatı sahəsindəki roluna, keyfiyyətin idarəetmə mexanizminin sertifikatlaşdırılması məsələlərinə xüsusi diqqət yetirilmişdir.
Konfransda “Azərbaycan təcrübəsi əsasında keyfiyyətin təmin olunması: konseptual yanaşma və görülmüş işlər” mövzusunda Y.Yusifovun təqdimatı olmuşdur. Təqdimatda keyfiyyətin təmin olunmasının milli baza prinsipləri əsasında Azərbaycan statistikasının təhlili verilmiş, yeni çağırışlar və əldə olunmuş uğurlar, qəbul olunmuş standartlar, sertifikatlaşdırmanın həyata keçirilməsi və qarşıda duran məsələlər haqqında iştirakçılara məlumat verilmiş, suallar cavablandırılmışdır. Məruzə “Rəsmi statistikada keyfiyyət üzrə Avropa konfransı”nın kitabında tezis şəklində nəşr olunmuş, internet səhifəsində yerləşdirilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim