AZ    EN
logo
image

“Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsi nəşr olunmuşdur

07.07.2014

Statistik məcmuədə ölkə rabitəsinin vəziyyətini, onun inkişaf dinamikasını izləməyə imkan verən statistika məlumatları verilmişdir. Rabitənin infrastrukturu, inkişaf dinamikası və müqayisə etmək üçün MDB ölkələrinin bu sahədə olan məlumatları məcmuəyə daxil edilmişdir.
Məcmuədə informasiya və rabitə, poçt xidmətləri, televiziya və radiorabitə, qeyri-dövlət sektorunun inkişafı, rabitə müəssisələrində çalışan işçilərin sayı və onların orta aylıq əmək haqqı, ölkənin regionları üzrə rabitənin vəziyyəti, əhalinin telefon təminatı haqqında məlumatları və rabitənin digər əsas məlumatları əhatə olunur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Telekommunikasiya və poçt" bölməsindən, nəşr versiyasını isə "Azərbaycanda telekommunikasiya və poçt, 2014" (653 KB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim