AZ    EN
logo
image

“Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları” statistik məcmuəsi nəşr olunmuşdur

15.09.2014

Statistik məcmuədə Azərbaycan Respublikasında ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatlarının vəziyyətini əks etdirən məlumatlar verilmişdir.
Məcmuədə ölkədəki demoqrafik vəziyyət, əhalinin sağlamlığı, torpaq ehtiyatları, meşə resursları və onların qorunması, dövlət təbiət qoruqları, milli parklar, dövlət təbiət yasaqlıqları, balıq ovu və vətəgə əhəmiyyətli balıqların artırılması və mühafizəsi, ovçuluq təsərrüfatlarının əsas iqtisadi göstəriciləri və onlardakı dırnaqlılar, xəzli heyvanlar, ev quşları, su ehtiyatlarından istifadə, atmosfer havasının mühafizəsi, təhlükəli tullantıların mövcudluğu, onların yaranması, zərərsizləşdirilməsi və istifadəsi, ətraf mühitin qorunmasına çəkilən xərclər haqqında məlumatlar nəşr olunmuşdur.
Məcmuənin məlumatlarının elektron versiyasını Dövlət Statistika Komitəsinin veb-portalının "Ətraf mühitin mühafizəsi""Kənd, meşə və balıqçılıq təsərrüfatı" bölmələrindən, nəşr versiyasını isə "Azərbaycanda ətraf mühit, meşəçilik, balıqçılıq və ovçuluq təsərrüfatları, 2014" (1.74 MB) linki vasitəsilə əldə etmək olar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim