AZ    EN
logo

Dövlət Statistika Komitəsində “Sənaye, tikinti və enerji statistikası göstəriciləri və nəşr materialları” mövzusu üzrə seminar keçirilmişdir.

28.10.2014

2014-cü il üçün metodoloji və məlumat istifadəçiləri ilə iş planına uyğun olaraq 2014-cü il 24 oktyabr tarixində Dövlət Statistika Komitəsinin inzibati binasında Aparatın Sənaye və tikinti statistikası şöbəsinin təşkilatçılığı və bir sıra dövlət orqanlarının, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Sənaye, tikinti və enerji statistikası göstəriciləri və nəşr materialları”na dair mövzuda seminar keçirilmişdir. Tədbirə Energetika, İqtisadiyyat və Sənaye nazirlikləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, “Azəristiliktəchizat” açıq səhmdar cəmiyyətindən və Aparatın Sənaye və tikinti statistikası şöbəsindən olmaqla 15-ə yaxın nümayəndə qatılmışdır.
Seminarda Tikinti statistikası sektorunun müdiri Qumru Cəfərova “Sənaye və tikinti statistikası göstəriciləri və nəşr materialları” mövzusunda təqdimatla çıxış etmişdir. O öz çıxışında sənaye və tikinti statistikası sahələrinin əhatə dairəsi, toplanan rəsmi statistika hesabatı formaları, mövcud göstəricilər sistemi (mütləq və nisbi) və nəşr olunan statistik materiallar (bülleten və məcmuələr), onların nəşr olunma dövriliyi və sair məsələlərə toxunmuşdur.
Şöbə müdirinin müavini Əbülfəz Kərimov “Enerji statistikası göstəriciləri və nəşr materialları” mövzusunda təqdimatla çıxış edərək energetika statistikasının əhatə dairəsi, təşkili məsələləri, milli və beynəlxalq səviyyədə əməkdaşlıq, mövcud göstəricilər sistemi, toplanan rəsmi statistika hesabatı formaları, nəşr olunan statistik materiallar (bülletenlər və məcmuə) haqqında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Təqdimatlardan sonra tədbir diskussiya şəklində davam etdirilmiş və seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim