AZ    EN
logo

Dövlət Statistika Komitəsində beynəlxalq ekspertlərlə müzakirələr aparılır

21.12.2015

Dövlət Statistika Komitəsi ilə Dünya Bankı arasında əməkdaşlıq çərcivəsində Azərbaycan Respublikasında statistika sisteminin qiymətləndirilməsi və prioritet inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə beynəlxalq ekspertlər cari ilin dekabr ayının 4-dən ölkəmizdə səfərdədirlər.
Beynəlxalq ekspertlər - layihələr üzrə idarəetmə direktoru və aparıcı məsləhətçi cənab Sanjay Suda və Varşava Lazarski Universitetinin professoru cənab Jozef Olenski statistika sahəsində keyfiyyətin idarə edilməsi və metaməlumatlar sistemlərinin təkmilləşdirilməsi, statistik məlumatların yeni alət və üsullarla işlənməsi və təhlili, statistika sahəsində həyata keçirilən islahatlar çərçivəsində statistika sisteminin təşkilati strukturuna yenidən baxılması istiqamətində Dövlət Statistika Komitəsinin nümayəndələri ilə müzakirələr aparırlar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim