AZ    EN
logo

11.08.2016

Dövlət Statistika Komitəsində ilk dəfə olaraq "Statistika nədir?” kitabçası nəşr olunub. “Statistika nədir?” nəşri geniş oxucu kütləsi üçün nəzərdə tutulub ki, məqsəd statistika haqqında məlumatların orta məktəb şagirdləri arasında geniş təbliğidir. Nəşrdə azyaşlı oxucular üçün "Statistika nədir?", "Statistika hansı sahələri əhatə edir?", "Statistik məlumatların istifadəçilər kimlərdir?", "Biz nə üçün statistik məlumatlardan istifadə edirik?", "Statistik müayinə nədir?", "Müayinəni necə aparmaq olar", "Azərbaycanda statistik məlumatları hardan əldə etmək olar?" və digər suallar və sualların cavabları öz əksini tapıb, statistikanın mahiyyəti ədədlər üzrə izah olunub. Kitabçada olan məlumatlar rəngarəng foto və animasiyalarla təqdim olunub, Respublikanın orta təhsil müəssisələrinə paylanması planlaşdırılır. Bu çap materialında şagirdlər statistik aləmə səyahət edəcək, statistikanın hansi sahələri əhatə etdiyini, statistik məlumatları əldə etməyin yolu ilə yaxından tanış olacaqlar.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim