AZ    EN
logo
image

Cenevrədə Avropa Statistikləri Konfransının 66-cı plenar sessiyası keçirilib

21.06.2018

2018-ci ilin 18-20 iyun tarixlərində İsveçrənin Cenevrə şəhərində Avropa Statistikləri Konfransının 66-cı plenar sessiyası keçirilib. Tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov iştirak edib.

Sessiya zamanı Polşa, İsrail, Yeni Zelandiya, Slovakiyavə BMT AİK tərəfindən rəsmi statistikanın əhəmiyyəti və əhatə dairəsinə, Albaniya, Meksika, Monteneqro, Niderland və BMT AİK tərəfindən statistikada kommunikasiyaların təkmilləşdirilməsinə həsr olunmuş seminarlar keçirilib. Eyni zamanda, seminarlarda gender statistikası, sosial təcridetmənin ölçülməsi vərəsmi statistikanın əhatə dairəsinin genişləndirilməsi ilə bağlı risklər, bu sahədə çatışmazlıqlar və digər məsələlər də müzakirə olunub.

Sosial, iqtisadi statistika üzrə əsas, kompleks və həssas göstəricilər, sahibkarlıq statistikası, əhali və mənzil fondu siyahıyaalmaları zamanı reyestrlərdən və inzibati məlumatlardan istifadə, miqrasiya statistikası üzrə məlumatların inteqrasiyası, işçi qüvvəsinin beynəlxalq mobillliyinin ölçülməsi, statistika qanunvericiliyinin ümumi elementlərinə dair təlimat və tövsiyələr təsdiq olunması üçün Konfransa təqdim olunub.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim