AZ    EN
logo

Pərakəndə ticarət dövriyyəsi haqqında

18.01.2021, 12:00

2020-ci ildə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 40,2 milyard manatlıq, o cümlədən 21,7 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 18,5 milyard manatlıq qeyri-ərzaq malları satılmışdır. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 1,3 faiz, o cümlədən qeyri-ərzaq malları üzrə 6,1 faiz azalmış, ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə isə 3,4 faiz artmışdır.

Hesabat ilində əmtəə bazarı aşağıdakı göstəricilərlə xarakterizə olunmuşdur:

Məhsul qruplarının adları Satışdan gəlir, milyon manatla 2019-cu ilə nisbətən, faizlə
Pərakəndə ticarət dövriyyəsi 40 166,5 98,7
o cümlədən:
ərzaq məhsulları 19 516,3 103,7
içkilər və tütün məmulatları 2 168,5 100,5
toxuculuq məhsulları, geyim və ayaqqabılar 6 415,1 90,9
elektrik malları və mebellər 2 172,3 91,8
kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsulları 344,7 101,3
əczaçılıq məhsulları və tibbi ləvazimatlar 748,9 140,5
avtomobil benzini və dizel yanacağı 2 040,8 87,5
digər qeyri-ərzaq malları 6 759,9 95,8

2020-ci ildə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 48,6 faizi ərzaq məhsullarının, 5,4 faizi içkilər və tütün məmulatlarının, 16,0 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,4 faizi elektrik malları və mebellərin, 5,1 faizi avtomobil benzini və dizel yanacağının, 1,8 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunmuşdur.

Hesabat ilində istehlak məhsullarının dəyər ifadəsində 22,7 faizi ticarət müəssisələri, 54,6 faizi fərdi sahibkarlar tərəfindən, 22,7 faizi isə bazar və yarmarkalarda satılmışdır. 2019-cu illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 6,6 faiz, fərdi sahibkarlar üzrə 3,8 faiz artmış, bazar və yarmarkalarda isə 17,2 faiz azalmışdır.

2020-ci ildə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 335,6 manatlıq, o cümlədən 181,2 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 154,4 manatlıq qeyri-ərzaq malları almışdır. 

Əlaqə telefonu: 377 10 70 (22-93)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim