AZ    EN
logo

2022-ci ildə tullantıların hərəkəti haqqında

20.04.2023, 12:00

2022-ci ildə ölkədə 3984,1 min ton və ya əvvəlki illə müqayisədə 5,4 faiz çox tullantı əmələ gəlmiş və onların 66,7 faizini bərk məişət tullantıları, 33,3 faizini isə müəssisələrin istehsal fəaliyyəti nəticəsində yaranmış müxtəlif növ tullantılar təşkil etmişdir.

Ötən il yaranmış 2658,3 min ton bərk məişət tullantılarının 78,3 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 21,2 faizi enerji əldə edilməsi məqsədilə istifadə olunmuş, 0,5 faizi ölkə daxilində satılmışdır. Məişət tullantılarından istifadə hesabına 205,3 milyon kVt saat və ya 2021-ci illə müqayisədə 6,3 faiz çox elektrik enerjisi istehsal edilmişdir.

Sənayedə və iqtisadiyyatın digər sahələrində əvvəlki illərdə yaranan qalıqlar daxil olmaqla, ötən il istehsalat tullantılarının 28,5 faizi müəssisələrdə xammal kimi istifadə edilmiş, 42,7 faizi ölkə daxilində satılmış, 3,8 faizi ixrac olunmuş, 13,8 faizi zərərsizləşdirilməsi məqsədilə poliqonlara daşınmış, 11,2 faizi isə müəssisələrdə qalmışdır.

Müəssisələrin istehsal fəaliyyəti nəticəsində 2022-ci ildə 337,1 min ton təhlükəli tullantı yaranmış və tullantıların ümumi miqdarında onların payı 8,5 faiz olmuşdur. Tullantıların 63,1 faizi mədənçıxarma sənayesi müəssisələrində yaranmışdır ki, onların da  böyük hissəsi Bakı şəhərində yerləşən müəssisələrin payına düşür. Əvvəlki illərdə yaranan qalıqlar da daxil olmaqla, ötən il 55,0 min ton təhlükəli tullantı tamamilə zərərsizləşdirilmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-24)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim