AZ    EN
logo

2023-cü ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında

14.02.2024, 12:00

2023-cü ildə 1636 və ya 2022-ci illə müqayisədə 1,9 faiz az yol-nəqliyyat hadisəsi baş vermiş, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,7 faiz azalaraq 2229 nəfər olmuşdur. Onlardan 862-si həlak olmuş, 1367-si isə yaralanmışdır. Hadisələrin 42,5 faizi gündüz, 38,9 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş vermiş, 31,5 faizi həftənin şənbə və bazar günlərinə təsadüf etmişdir.

Yol-nəqliyyat hadisələrinin 87,1 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilə nisbətən 8,2 faiz artaraq 636 nəfər, yaralananların sayı isə 2,3 faiz azalaraq 1299 nəfər olmuşdur.

Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı

Göstəricinin adı 2023-cü il 2022-ci ilə nisbətən, faizlə
     
Bütün yol-nəqliyyat hadisələri – cəmi 1636 98,1
Məkanına görə:    
           magistral avtomobil yollarında 211 82,1
           yaşayış məntəqələrində 1425 101,0
İşıqlılıq vəziyyətinə görə:    
           gündüz vaxtı 695 92,7
           toran vaxtı 304 106,3
           gecə vaxtı 637 100,8
Yol örtüyünün vəziyyətinə görə:    
          quru yol örtüyü 1551 98,4
          digər (yaş, buz və s.) 85 92,4
Zərərçəkənlərin sayı, nəfər 2229 97,3
           həlak olanlar 862 103,4
           yaralananlar 1367 93,9

Bütün yol-nəqliyyat hadisələrinin 39,7 faizi nəqliyyat vasitələrinin və piyadaların, 38,2 faizi bir neçə nəqliyyat vasitəsinin, 22,1 faizi isə bir nəqliyyat vasitəsinin iştirakı ilə baş vermişdir. Yol-nəqliyyat hadisələri nəticəsində həlak olanların 75,4 faizini, yaralananların isə 72,3 faizini kişilər təşkil etmişdir.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 22 hadisə baş vermiş, nəticədə 6 nəfər həlak olmuş, 29 nəfər yaralanmışdır. Hadisələrin 17-si minik avtomobillərinin sürücüləri tərəfindən törədilmişdir.

Əlaqə telefonu: 377-10-70 (22-22)

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim