AZ    EN
logo

14-18 fevral 2011-ci il tarixində Dövlət Statistika Komitəsi mütəxəssislərinin Çexiya Statistika İdarəsinə səfəri haqqında məlumat

24.02.2011

14-18 fevral 2011-ci il tarixində "Orta məktəblərdə statistikanın əhəmiyyətinə dair biliklərin verilməsi proqramların hazırlanması və eləcə də beynəlxalq əlaqələr üzrə təcrübə mübadiləsi" Aparatın Demoqrafiya və sosial statistika şöbəsinin Ekologiya və sağlamlığın qorunması statistikası sektorunun müdiri Rəna Lazımova və Statistika işlərinin əlaqələndirilməsi şöbəsinin baş məsləhətçisi Fərhad Əliyev Çexiya Statistika İdarəsində səfərdə olmuşlar. Keçirilmiş görüşlərdə Çexiya Statistika İdarəsinin işi və beynəlxalq əməkdaşlıq sahəsi haqqında, işlərin təşkili və məlumatların buraxılışı üçün əsas məsələlərin təminatı, Çexiya Statistika İdarəsinin veb səhifəsi, 2010-cu ildə Çexiya məktəblərində aparılan mini siyahıyaalma, informasiya xidmətlərinin və istifadəçilərin dəstəyi üzrə işin təşkili, mərkəzi statistika kitabxanası, nəşr kataloqu və mağazası, Avropa statistika sistemi, Avropa cəmiyyətində statistikanın hüquqi baza strukturu, Avropa Şurası xaricində statistik əlaqələndirilmə, regional əməkdaşlıq barədə məlumat verilmişdir. Dövlətstatkomun mütəxəssisləri Çexiya Statistika İdarəsinin prezidenti xanım İva Ritschelova ilə görüşmüş, xanım Ritschelovanın şəxsi dəvəti ilə Statistika İdarəsinin inzibati binasında təşkil edilmiş əl işlərindən ibarət rəsm sərgisinin açılışında iştirak etmişlər. Eyni zamanda Azərbaycanın milli statistika sistemi, onun tarixi, Dövlət Statistika Komitəsinin texniki təchizatı, Statistika Şurası, kollegiyası, Elmi-metodoloji şurası, statistika sisteminin fəaliyyətinin hüquqi əsasları, statistikanın inkişafına dair dövlət proqramları, beynəlxalq əməkdaşlığa dair sazişlər, statistik nəşrlər, təsnifatlar və s. haqqında Çexiya tərəfinə məlumat verilmişdir.
Paralel olaraq, rəsmi statistikanın müxtəlif sahələrinin Avropa İttifaqı standartlarına uyğun olaraq inkişaf etdirilməsi istiqamətində Dövlət Statistika Komitəsinə kömək göstərilməsinə dair Avropa İttifaqının dəstəyi ilə həyata keçirilən Tvinnniq layihəsi çərçivəsində fevral ayının 14-dən 17-nə qədər Aparatın Qiymət statistikası şöbəsinin müdiri Natella Quliyeva, müdir müavini Elman Qasımov, Milli hesablar statistikası şöbəsinin müdir müavini Mələknisə Məhərrəmova və Baş Hesablama Mərkəzinin Milli hesablar və balanslar statistikası məlumatları şöbəsinin rəis müavini Elmira Bağırova da Çexiya Statistika İdarəsində keçirilmiş seminar müşavirədə iştirak etmişlər. Seminar istehsalçı qiymət indekslərinin ikiqat deflyasiya üçün istifadəsi mövzusunda təşkil olunmuşdur. Seminarda "Ehtiyat və istifadə" cədvəllərinin tərtibi, məhsulların balanslaşdırılması, qiymət indekslərindən istifadə etməklə aralıq istehlakın deflyasiyası, buraxılış və aralıq istehlak matrisası, ÜDM-in son istifadəsi , illik və rüblük Milli Hesablar Sisteminin tərtibi matrisaları, illik və rüblük hesablarda deflyasiya metodları müzakirə olunmuşdur. Eyni zamanda qiymət statistikası üzrə hesablanan indekslərlə bağlı məsələlərə də baxılmışdır. Belə ki, Çexiya Statistika İdarəsinin Qiymət statistikası üzrə mütəxəssisləri tərəfindən 4 sektor - istehlak, istehsalçı, idxal-ixrac və xidmətlər üzrə ayrı-ayrılıqda məlumatlar verilmişdir.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim