AZ    EN
logo

İnformasiya və kommunikasiya texnologiyaları (İKT) statistikası sahəsində istifadəçilərlə görüş

01.04.2011

Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi informasiya və kommunikasiya texnologiyaları statistikası sahəsində istifadəçilərlə statistik məlumatlara olan tələbatın öyrənilməsi, qarşılıqlı müzakirələrin aparılması məqsədilə "Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları statistikası: reallıq, problem və perspektivlər" mövzusunda görüş keçirilməsini planlaşdırmışdır. Tədbirdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, özəl müəssisələrin, İKT sahəsində ixtisaslaşmış qeyri-hökumət təşkilatların və digər maraqlı tərəflərin nümayəndələrinin də iştirakı nəzərdə tutulmuşdur.
Bu sahə üzrə maraqlanan şəxslər tədbirdə iştirak edə bilərlər. Tədbir 27 aprel 2011-ci il tarixində Dövlət Statistika Komitəsinin I mərtəbəsində, "Əhali və inkişaf məsələləri üzrə beynəlxalq informasiya və resurs mərkəzi"ndə olacaqdır.
Tədbirin daha yaxşı planlaşdırılması üçün iştirak etmək istəyənlərdən 438 90 70 və ya 438 62 96 nömrəli telefonlar vasitəsilə qeydiyyata düşmələri xahiş olunur.

un_data statistikanin_saheleri beynelxalq-teskilatlar-ve-statistika-qurumlari dovletsaytlari baki_statistika_idaresi naxcivan_statistika_komitesi etsim