AZ    EN
logo
In January-April 2024 4,3 percent more gross domestic product was produced in the country.In January-March 2024 average monthly nominal salary in the country made 985,3 manats.In January-April 2024, investments at 5230,4 million manats were directed to fixed assets.In January-February 2024 gross domestic product in amount of 18576,9 million manats was produced.In January 2024 industrial products at 5,2 billion manats were produced.For the state of 1st January of the current year winter crops for grain and green feed were sown in the area of 1025,4 thousand hectare.For the state of December 1, 2023 number of employees engaged in the country economy made 1732,6 thsd. persons.In January-April 2023, retail trade turnover increased by 2.9 percent in real terms.The foreign trade turnover of the country in January-March 2023 made 12269,3 million USD.In January-April 2023 the Republic of Azerbaijan received 522,9 thousand foreigners and stateless persons.50.2% of the total population of the country was women for the beginning of 2023.In January-March 2023, 368.9 thousand foreigners and stateless persons arrived in the Republic of Azerbaijan.In January-February 2023, retail trade turnover increased by 2.8 percent in real terms.In January-February 2023, the consumer price index was 113.9% compared to January-February 2022.50,2 percent of total number of population made up women to the beginning of 2023In 2022 cargo transportation in Azerbaijan side of the Europe-Caucasus-Asia Transport Corridor was 51420,6 thousand ton.Industrial products at 6,5 billion manats were produced in January 2023.

Аzərbaycanda demoqrafik vəziyyət

12.09.2018

Ölkə üzrə əhalinin sayı ilin əvvəlindən 45141 nəfər və ya 0,5 faiz artaraq 2018-ci il avqust ayının 1-i vəziyyətinə 9943226 nəfərə çatmışdır. Bir kvadrat kilometrə düşən əhalinin sayı 115 nəfər olmuşdur. Əhalinin ümumi sayının 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir. Hazırda hər 1000 kişiyə 1005 qadın düşür.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən cari ilin yanvar-iyul ayları ərzində ölkədə 78673, yaxud hər gün orta hesabla 371 doğulmuş körpə qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,8 təşkil etmişdir. Doğulan körpələrin 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Doğulanlardan 1458-i əkiz, 57-si üçəmdir.

Hazırda ölkədə uşaq doğmaq qabiliyyətinə malik olan hər bir qadına bütün ömrü boyu 1,9 uşaq düşərək əhalinin təkrar istehsalı təmin olunur.

Cari ilin yanvar-iyul ayları ərzində ölkədə 34812 ölüm halı qeydə alınmış və bu göstərici əhalinin hər 1000 nəfərinə 6,1 təşkil etmişdir.

2018-ci ilin 7 ayında qeydiyyat şöbələri tərəfindən 33009 nikah və 8538 boşanma halları qeydə alınmış və əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,8, boşanmaların sayı isə 1,5 olmuşdur.

Bu ilin yanvar-iyul aylarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 2109 nəfər Azərbaycana gələn, 829 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq miqrasiyanın müsbət saldosu 1280 nəfər təşkil etmişdir.

Əlaqə telefonu: 538-51-43

etsim